ABŞ-dan Ukraynaya daha $50 milyon

ABŞ-dan Ukraynaya daha $50 milyon
  23 Aprel 2014    Oxunub:1394
ABŞ Ukraynaya iqtisadi və siyasi islahatların keçirilməsi üçün daha $50 milyon ayırıb. Bu barədə ABŞ-ın Kiyevdə olan vitse-prezidenti Co Bayden məlumat verib.
Bundan əlavə, Ukrayna $8 milyon dollar hərbi yardım da alacaq.

Kiyevdə olarkən Bayden bildirib ki, Ukrayna siyasətçilərinin əsl mənada vahid dövlət yaratmaq üçün tarixi şansları var. O, diqqəti mayın 25-də keçiriləcək prezident seçkisinə də yönəldib.

Qeyd edək ki, buna qədər ABŞ Kiyevlə $1 milyard dollarlıq maliyyə yardımı haqqında saziş imzalamışdı.

AzVision.az


Teqlər:  





Xəbər lenti