ABŞ-da 5 nəfəri öldürən şəxs türk imiş - FOTO

ABŞ-da 5 nəfəri öldürən şəxs türk imiş - FOTO
  25 Sentyabr 2016    Oxunub:7361
ABŞ-ın hüquq-mühafizə orqanları Berlinqton şəhərindəki (Vaşinqton ştatı) ticarət mərkəzində beş nəfəri öldürməkdə şübhəli bilinən şəxsi həbs edib.
Bu barədə məlumat ştat polisinin Twitter səhifəsində dərc olunub.

TASS agentliyi xəbər verir ki, Fox News telekanalının məlumatına görə, tutulan şəxsin Türkiyə əsilli 20 yaşlı Arkan Çetin olduğu bildirilir.

Xatırladaq ki, naməlum şəxs ticarət mərkəzinə girərək ətrafa atəş açmağa başlamış, sonra isə hadisə yerindən qaçaraq gizlənmişdi.



AzVision.az


Teqlər:  





Xəbər lenti