70 azərbaycanlı həkim Türkiyədə işləyir
Nazirlikdən qeyd ediblər ki, Türkiyədə 70 azərbaycanlı həkim tibb bacısı işləyir. Eyni zamanda 50 İran, 49 Suriya, 39 Fələstin, 35 Makedoniya, 26 Qırğızıstan, 24 Yunanıstan, 22 Əfqanistan, 2 Almaniya və 1 Ermənistan vətəndaşı tibb sahəsində fəaliyyət göstərir.
Eyni zamanda Səhiyyə Nazirliyindən bildiriblər ki, 2013-cü ildə 535 əcnəbi xəstə Türkiyədə müalicə alıb. Onlardan 9 nəfəri azərbaycanlıdır.