69 yaşlı kişi yol qəzasında öldü

69 yaşlı kişi yol qəzasında öldü
  25 Yanvar 2015    Oxunub:1722
Göyçay şəhərində piyadanın ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.
AzVision.az məlumat verir ki, APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Göyçay şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.

Göygöl rayon sakini, 1969-cu il təvəllüdlü Rəhimov Etibar Kamal oğlu idarə etdiyi 90-JX-529 dövlət nömrə nişanlı “Hyundai” markalı yük avtomobili ilə yolu keçən piyadanı, Göyçay şəhər sakini 1946-cı il təvəllüdlü Babayev Mirəli Mirhüseyn oğlunu vurub.

Ağır bədən xəsarətləri ilə Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən Mirəli Babayev orada dünyasını dəyişib.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti