596 nəfərin ölkədən çıxışına qadağa qoyuldu - SİYAHI

596 nəfərin ölkədən çıxışına qadağa qoyuldu - SİYAHI
  26 İyul 2016    Oxunub:2775
Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ müvəqqəti məhdudlaşdırılmış vergi ödəyicilərinin siyahısını yeniləyib.
Bu barədə AzVision.az-a nazirlikdən bildirilib.

“İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə, Vergi Məcəlləsinin 23.1.16-cı və 23.1.15-3-cü maddələrinə əsasən, vergi ödəyicisi vergi borcunu ödəmədikdə məhkəmənin qərarı əsasında fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.

Bu isə o deməkdir ki, vergi borcunu tam ödəməyənə kimi belə şəxslərin ölkədən kənara çıxmasına icazə verilmir”, - deyə nazirlikdən qeyd edilib.

Nazirlikdın bildirilib ki, 283 nəfər fiziki şəxsin, 313 nəfər isə hüquqi şəxslərin icra orqanlarının rəhbərləri vergi borcuna görə ölkədən getmə hüququ müvəqqəti məhdudlaşdırılıb.

Siyahı ilə bu linklərə daxil olaraq tanış ola bilərsiniz: BURADAN BURADAN

AzVision.az


Teqlər:  





Xəbər lenti