23 FEVRAL 2017 4+7 Bakı 0-5 Xankəndi 0+5 Xaçmaz 0+5 Bərdə 4+7 Lənkəran -3+2 Naxçıvan 2+7 Gəncə 4+7 Sumqayıt 0-5 Kəlbəcər 0-5 Laçın 0-5 Qubadlı 0-5 Şuşa 2+7 Ağdam Zəngilan 2+7 Cəbrayıl 2+7 Füzuli 0+5 Şəki

460 nəfərdə bədxassəli qan xəstəlikləri aşkarlanıb

Tarix 11.01.17, 11:28

Font ölçüsü : - / +

2016-cı ildə B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutuna müraciət edən vətəndaşların sayı 12628 nəfər olub.


AzVision.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş hematoloqu Çingiz Əsədov bildirib. Onun sözlərinə görə, hazırda müəssisədə 27 523 xəstə dispanser qeydiyyatdadır. 2015-ci ildə isə bu rəqəm 23962 nəfər təşkil edib.

Baş hematoloq bildirib ki, ümumilikdə ötən il 460 nəfərdə qanın bədxassəli xəstəlikləri aşkar olunub. Onların 327 nəfərində kəskin leykoz müəyyən edilib.

2016-cı ildə 522 639 laborator müayinə aparılıb ki, bura hematoloji, sitoloji, biokimyəvi, immunoloji və molekulyar-genetik müayinələr daxildir.

Ç. Əsədov qeyd edib ki, Nazirlər Kabinetinin qərarına əsasən nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinəsi aparılır. Onun sözlərinə görə, keçən il nikahqabağı müayinədən 143 min 694 nəfər keçib: “Nəticədə 4649 nəfərdə talassemiya daşıyıcılığı, 645 nəfərdə sifilis və 109 nəfərdə QİÇS təyin edilib. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı 42 olub”.

Baş hematoloq qeyd edib ki, Azərbaycanda 2500-dən artıq xəstə, o cümlədən 300 uşaq qanın bədxassəli xəstəliyi diaqnozu qeydiyyatdadır. Onun sözlərinə görə, bütün bədxassəli şişlərdən ölüm hallarının 6-10%-ni məhz qanın bədxassəli xəstəliklərini təşkil edir. "Bu qrup xəstəliklərin uşaq və gənc yaşlarında bədxassəli şişlərdən ölüm hallarının strukturunda yüksək göstəricidir. Bu göstərici dünya üzrə 50 faizi təşkil edir. Çox narahatedici amillərdən biri odur ki, leykoz xəstəkilərə yanaşı, 15 yaşa qədər olan uşaqlar arasında ölümün əsas səbəblərindən biridir".

Aytən Zəhra
AzVision.az


Xəbərin oxunma sayı : 952


Bu xəbərə şərh yaz


(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq ifadələr işlətməməli, Azərbaycan qanunlarına zidd çağırışlar etməməlidir. Bu cür şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək)
Adınız:
Əlavə et
Siz 512 hərf daxil edə bilərsiniz


AzVision SMARTFONDA

Neftin qiyməti - AKTUAL


Sorğu

Sizcə, Bakı qışa hazırdırmı?
Hazırdır
Xırda problemlər də düzəlsə, hazırdır
Hazır deyil

  Nəticələr!    İştirak edənlər: 2145

İnfoqrafika

Ötən gün fotolarda

ŞƏRHSİZ

ARXIV TƏQVİMİ

Rubrikanin digər yazıları

Dünyanın ən `təhlükəli` işi Rusiya diplomatı olmaqdır Həyat üçün yararlı 3 planet aşkarlanıb Litva Qarabağdakı `referendum`un nəticələrini tanımır Gəncədə iki bacı faciəvi şəkildə öldü `Facebook` azərbaycanlıya görə Putinin məsləhətçisini blok etdi `Mehriban Əliyeva Azərbaycan üçün böyük işlər görüb` - Leonid Slutski `Düşmən yenidən təxribata əl atsa, ağır zərbələr vurulacaq` `Lapşinin saxlanma şəraitindən şikayəti yoxdur` - Rusiya səfirliyi Aprelin 1-dən gediş haqqı aşağı salınacaq Ramil Usubov oğlunu rəis təyin etdi - Rəsmi `Əslində Mehriban xanıma vəzifə verilməyib...` – Millət vəkili ABŞ səfiri Xocalı qurbanları ilə görüşdü Sarkisyan Moskvaya gedir - Putinlə görüşəcək Hərbi qulluqçumuz şəhid oldu Polkovniki öldürən 2 azərbaycanlıya ömürlük həbs verildi `Oğru qardaşlığı`na hər kəsi götürmürlər – Avtoritetin xatirələri Ermənistan ordusunda siqaret qadağan edilir Ruslar daxili pasportla Ermənistana gedəcəklər Əlil tələbələr təhsil haqqından azad edildilər Türkiyə ordusunda hicab qadağası ləğv olundu `Mehriban Əliyeva ən layiqli namizəd idi` - Abid Şərifov Azərbaycanda iki ailədə nadir xəstəlik tapılıb Qar yağacaq, güclü külək əsəcək - Xəbərdarlıq `Mehriban xanımın vitse-prezident təyin edilməsi mühüm hadisədir` Rusiya XİN Azərbaycanla bağlı məlumat yayacaq Məmmədyarov Çavuşoğlu ilə görüşdü - FOTO Azərbaycanda nadir hallarda rast gəlinən xəstəliklər Ramiz Mehdiyev Tədbirlər Planını təsdiqlədi `Mehriban Əliyevanın böyük nüfuzu var` - PA-nın şöbə müdiri `Ermənistan Rusiyadan yeni silahlar alacaq ` - Müdafiə naziri

XƏBƏR LENTİ