200 xəzinədar xanımın taleyi necə oldu?

200 xəzinədar xanımın taleyi necə oldu?
  12 Fevral 2016    Oxunub:3574
Metroda çalışan 200-dək xəzinədardan yalnız 5-6 nəfər işsiz qalıb.
Bu barədə AzVision.az-a Bakı Metropolitenin Mətbuat Xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

Qurum rəsmisi bildirib ki, keçmiş xəzinədarlar arasında demək olar ki, hamısı işlə təmin olunub. Onun sözlərinə görə, 70 nəfər imtahandan keçərək nəzarətçi işinə qəbul olunublar.

“Keçmiş xəzinədarların bəziləri fəhlə, xadimə, referent və digər işlərlə təmin olunublar. Onlar arasında bir neçəsi təqaüdə çıxıb. İşsiz qalanlar isə müvafiq imtahandan keçə bilməyən və ya təklif edilən işlə razılaşmayanlardır”-deyə N.Paşayev bildirib.

Qeyd edək ki, “Bakıkart” sisteminə keçidlə əlaqədar oktyabr ayının birindən etibarən metroda xəzinədar ştatı ləğv olunub.

Gültəkin Ələsgər
AzVision.az


Teqlər:  





Xəbər lenti