200-ə qədər məhbus həbsxanadan qaçdı

200-ə qədər məhbus həbsxanadan qaçdı
  25 Yanvar 2017    Oxunub:1640
Braziliyanın cənub-şərqindəki həbsxanadan 200-ə qədər məhbus qaçıb.
AzVision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, insident səhər saatlarında San-Paula ştatında baş verib.

Məlumata görə, həbsxana əməkdaşları ilə dustaqlar arasında münaqişə baş verib. Daha sonra dustaqlar yanğın törədi və həbsxanadan qaçıblar. Onların bir hissəsini həbsxanaya qaytarmaq mümkün olub. İnsidentdə xəsarət alan olmayıb.

Qeyd edək ki, bu penitensiar müəssisə 1,1 min dustaq üçün nəzərdə tutulsa da, hazırda burada 1,4 min şəxs cəza çəkir. Bütün həbsxanalarında ciddi sıxlıq yaşanan Braziliyada bu cür insidentlər tez-tez baş verir. Ölkə rəhbərliyi 30 yeni penitensiar müəssisənin yaradılması ilə bağlı göstəriş verib.

AzVision.az


Teqlər:





Xəbər lenti