150 nəfərin öldüyü qəza ilə bağlı daha bir İDDİA

150 nəfərin öldüyü qəza ilə bağlı daha bir İDDİA
  28 Mart 2015    Oxunub:2107
Barselonadan Düsseldorfa gedən və Fransanın cənubunda qəzaya uğrayan Germanwings təyarrəsinin qəzanı törətməkdə təqsirli bilinən pilotu Andreas Lubitzin keçmiş sevgilisi danışıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, xəstə olan və bunu hamıdan gizlədən pilot törədəcəyi faciə barədə sevgilisinə işarə edib:

"Qəza barədə eşidən kimi onun mənə keçən il dediyi bu sözləri xatırladım. Bir gün hər şeyi dəyişdirəcək bir şey edəcəm və onda hamı mənim adımı tanıyacaq və heç vaxt unutmayacaq. Nə demək istədiyini başa düşməmişdim, sözlərinin mənasını indi anlayıram".

Sevgilisi 27 yaşlı pilotun xarakterindəki problemlərdən danışıb və əlavə edib ki, onun çox dəyişkən xasiyyətlərinə görə pilotdan ayrılıb:
"Gecələr kabus görürdü və "yerə çırpılırıq" deyə bağırıb oyanırdı. İçində yaşadığı şeyləri hamıdan çox yaxşı gizlətməyi bacarırdı".

Cütlüyün 7 il münasibətdə olduğu və nişanlandığı bildirilir. Gələn il evlənməyi planlaşdıran pilot və sevgilisi məlum qəzadan qısa müddət əvvəl ayrılıb.

Qeyd edək ki, martın 24-də Fransanın cənubunda qəzaya uğrayan təyyarədə 150 nəfər həlak olub. HAzırda hadisə yerində araşdırmalar davam edir. Qəza yerində təyyarənin sərnişinlərinə məxsus 600 hissə tapılıb. Onların kimə məxsus olduğunu öyrənmək üçün hadisə yerində müvəqqəti DNT testi laborotoriyası quraşdırılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti