1000 polisə ingilis dili öyrədilir - `Bakı-2015`ə görə

1000 polisə ingilis dili öyrədilir - `Bakı-2015`ə görə
  17 Aprel 2015    Oxunub:8056
İyun ayında Bakıda keçiriləcək Avropa Oyunları zamanı nəzarət-buraxılış yerlərində xüsusi yoxlama avadanlıqlarından istifadə ediləcəyi nəzərdə tutulur.
AzVision.az-ın məlumatına görə, bu barədə ötən gün Daxili İşlər Nazirliyində "Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi"nin və "I Avropa Oyunları ilə əlaqədar ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi və texniki vasitələrlə təminat sahəsində görülən işlər"in vəziyyətinə və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası zamanı məlumat verilib.

Bildirilib ki, Avropa Oyunlarına hazırlığın mühüm komponentlərindən olan yol hərəkəti təhlükəsizliyinin təşkili ilə əlaqədar 798 ədədi günəş enerjisi ilə qidalanan olmaqla 2377 yeni yol nişanı qoyulub.

"Təhlükəsiz Şəhər" sisteminin respublika üzrə (Metropoliten də nəzərə alınmaqla) 2039 nöqtədə 8085, o cümlədən paytaxtda 1356 nöqtədə 4224 kamerası quraşdırılıb.

İctimai asayişin qorunmasında iştirak edəcək bayır xidməti əməkdaşlarının peşə hazırlığının və vətəndaşlarla ünsiyyət səviyyəsinin yüksəldilməsi məsələlərinə də böyük önəm verilərək lazımi tədbirlər davam etdirilib. Belə ki, daxili işlər orqanlarında xidmətə qəbul zamanı xarici dil bilən namizədlərə üstünlük verilib, habelə "Polis əməkdaşının davranış qaydaları" adlı metodik vəsait hazırlanaraq öyrənilməsi üçün bütün orqan və hissələrə göndərilib, Çevik Polis Alayının və paytaxtın orqan və hissələrinin bayır xidmətinin ümumilikdə 1000 əməkdaşı üçün ingilis dili kursları təşkil edilib.


Teqlər:





Xəbər lenti