Tramp 400-dən çox şirkətdən istefa verdi

 Tramp 400-dən çox şirkətdən istefa verdi
  24 Yanvar 2017    Oxunub:1742
ABŞ prezidenti Donald Tramp 400-dən çox şirkətdə tutduğu postlardan imtina edib.
AzVision.az xəbər verir ki, bu barədə CNN “Tramp Organization”a istinadən məlumat yayıb.

“Mən, Donald Tramp, bu şirkətlərdə bütün səlahiyyət və mövqelərdən imtina edirəm”, - sənəddə qeyd olunub.

Şirkətlərin adları qeyd olunan 19 səhifəlik sənədin Trampın inauqurasiya ərəfəsində, yanvarın 19-da imzaladığı bildirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti