"Azəriqaz" gücləndirilmiş rejimə keçib

  08 Avqust 2013    Oxunub : 346
"Azəriqaz" gücləndirilmiş rejimə keçib
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azəriqaz" İstehsalat Birliyi (İB) Ramazan bayramı münasibəti ilə avqustun 8-dən etibarən gücləndirilmiş iş rejimində işləyəcək.
AzVision.az şirkətin saytına istinadən xəbər verir ki, bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilməsi üçün İB tərəfindən zəruri tədbirlər həyata keçirilir.

Belə ki, 185 nömrəli qaynar xəttin iş saatı artırılacaq, 104 nömrəli qəza xidmətinin fəaliyyəti gücləndiriləcək. Yerli qaz istismar sahələri günün bütün saatlarında növbəlilik əsasında iş rejiminə keçəcəklər.

Teqlər: