`Böyük bir iş başa çatdı` - 15 saatlıq görüşün detalları

`Böyük bir iş başa çatdı` - 15 saatlıq görüşün detalları
  10 Sentyabr 2016    Oxunub:1794
Rusiya XİN rəhbəri Sergey Lavrov Cenevrədə ABŞ dövlət katibi Con Kerri ilə görüşünün detallarını açıqlayıb.
AzVision.az TASS-a istinadən xəbər verir ki, Lavrov görüşün nəticələrinə əsasən Suriyada münaqişə tərəflərinin geri çəkilməsi üçün xüsusi mərkəzin yaradılacağını bildirib.

Lavrov xatırladıb ki, tərəflər bu ilin fevral ayından etibarən Suriya münaqişəsi üzrə aktiv şəkildə danışıqlar aparıblar..

“Bu ilin fevral ayından prezidentlərin tapşırığı ilə başlayan və fasiləsiz olaraq ekspertlər və nazirlər tərəfindən davam etdirilən böyük bir iş başa çatdı. Con Kerrinin dediyi kimi biz müntəzəm olaraq həm telefonla, həm də şifahi əlaqə saxlamışıq”.

Mətbuat konfransı zamanı Lavrov bəyan edib ki, Rusiya və ABŞ münaqişə tərəflərinin atəşkəs rejiminə sadiq olmaları üçün əlimizdən gələn hər şeyi edəcəklər, bundan sonra praktiki məsələlərin həlli ilə əlaqədar mərkəz yaradılacaq.

Qeyd edək ki, Kerri və Lavrovun Cenevrə görüşü 15 saat davam edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti