Şəmkirdə neft daşıyan qatar yanıb

Şəmkirdə neft daşıyan qatar yanıb
  07 Avqust 2013    Oxunub:1546
Yanğın söndürülüb
Şəmkir rayonunda neft daşıyan yük qatarında yanğın baş verib. FHN-nin məlumatına görə, rayonun Könüllü kəndində “Dəmir yol” QSC-yə məxsus Qazax-Bakı istiqamətilə hərəkət edən, neft xammal daşıyan yük qatarının tutumu 60 ton olan boş sisterninin üzərinə dağılmış neft qalıqları yanıb.

Sistern yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti