Salyanda ölümlə nəticələnən yanğın oldu

Salyanda ölümlə nəticələnən yanğın oldu
  02 Avqust 2013    Oxunub:1075
AzVision.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Salyan şəhərində vətəndaşa məxsus ikimərtəbəli 5 otaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 110 kv.m sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı ev sahibinin oğlu 1981-ci il təvəllüdlü Kərimov Vahid Samit oğlunun meyiti aşkar olunub.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:09-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az






Teqlər:  





Xəbər lenti