Bakı-Qazax yolunda ağır yol qəzası

  30 İyul 2013    Oxunub : 774
Bakı-Qazax yolunda ağır yol qəzası
Hacıqabul rayonu, Bakı-Qazax yolunda vətəndaşa məxsus “KAMAZ” markalı yük avtomobilinin digər vətəndaşa məxsus “MERCEDES” markalı minik avtomobili ilə toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib.
AzVision.az FHN-in rəsmi saytına istinadən xəbər verir ki, nəticədə minik avtomobilində şəxsiyyətləri məlum olamayan sıxılmış vəziyyətdə 1 nəfər sərnişinin cəsədi və 1 nəfər sərnişin müxtəlif bədən xəsarətləri alaraq minik avtomobilindən yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə olunmaqla çıxarılaraq təcili yardım xidmətinə təhvil verilib.

Minik avtomobilinin sürücüsü və avtomobildə şəxsiyyətləri məlum olmayan digər 2 nəfər sərnişin (1-qadın və 1 azyaşlı uşaq) yanğınsöndürən-xilasedicilər çatana kimi əhali tərəfindən Şirvan şəhər mərkəzi xəstəxanasına çatdırılıb. Əməliyyat saat 14:35-də başa çatıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

AzVision.az

Teqlər: