Bu gün buludlu keçəcək

Bu gün buludlu keçəcək
  30 İyul 2013    Oxunub:1615
Bu gün Bakıda və Abşeron yarımadasında hava buludlu olacaq, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeron yarımadasında 25-30 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında 27-32 dərəcə, dağlarda 13-18 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza görə, yaxın iki gündə Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü eyni zamanda, gözlənilən oksigenlə zəngin hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.


Teqlər:





Xəbər lenti