Sabah 37 dərəcə isti olacaq

Sabah 37 dərəcə isti olacaq
  22 İyul 2013    Oxunub:1648
Hava meteohəssas insanlar üçün əlverişli deyil
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyinin sürəti 10-15 m/s olacaq, arabir 18-20 m/s-dək güclənəcək. Havanın temperaturunun gecə 19-24, gündüz 30-35 dərəcə isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Şıx, Sahildə 27-28 dərəcə isti təşkil edəcək.

Rayonlarda hava əsasən yağmusuz olacaq. Qərb küləyi 5-10 m/s təşkil edəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 19-24, gündüz 32-37, dağlarda gecə 12-17, gündüz 22-27 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz
Yaxın 3 gün ərzində Abşeron yarımadasında temperaturun nisbətən yüksəlməsi, eyni zamanda arabir güclənən xəzri küləyinin üstünlüyü bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.


AzVision.az


Teqlər:  





Xəbər lenti