Bu rübdə maaşlar artacaq

Bu rübdə maaşlar artacaq
  19 İyul 2013    Oxunub:1451
“Bu gün Azərbaycanda orta əməkhaqqı 520 dollar səviyyəsindədir. Orta pensiya 200 dollar səviyyəsindədir. Bu rübdə vətəndaşların pensiyaları da, əməkhaqları da artırılacaq. Gələn illərdə də eyni siyasət aparılacaq”. Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda deyib.

- Bir daha demək istəyirəm ki, iqtisadi islahatlar çox güclü sosial siyasətlə dəstəklənməlidir. Hesab edirəm ki, ölkəmizin bu sahədə əldə etdiyi uğurlar nümunə ola bilər,- deyən dövlət başçısının sözlərinə görə, Azərbaycanda manatın məzənnəsi sabitdir: “Bunun ilk növbədə, çox böyük sosial mənası var. Çünki insanların əmanətləri dövlət tərəfindən qorunur. Bu məsələyə gəldikdə deyə bilərəm ki, bu altı ayda əhalinin pul gəlirləri 7 faizdən çox artıb. İnflyasiya isə cəmi 2 faiz olub. Bu da çox gözəl göstəricidir”.


Teqlər:





Xəbər lenti