Sabah 40 dərəcə olacaq

Sabah 40 dərəcə olacaq
  16 İyul 2013    Oxunub:1262
Temperatur 42 dərəcəyədək yüksələcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyulun 17-də Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir.

Mülayim şimal küləyi əsəcək, səhər və gündüz arabir güclənəcək. Temperatur gecə 20-25 dərəcə, gündüz 33-38 dərəcə, bəzi yerlərdə 40 dərəcəyədək isti olacaq.

Abşeron çimərliklərində temperatur 26-29 dərəcə olacaq.

Rayonlarda sabah hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yüksək dağlıq ərazilərdə şimşək çaxacağı, qısa müddətli az yağış yağacağı ehtimalı var. Mülayim qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 20-25, gündüz 35-40 dərəcə, bəzi yerlərdə 42 dərəcə, dağlarda gecə 13-18 dərəcə, gündüz 25-30, bəzi yerlərdə isə 32 dərəcəyədək isti olacaq.

AzVision.az










Teqlər:  





Xəbər lenti