“Global Post” TAP layihəsindən yazdı

 “Global Post” TAP layihəsindən yazdı
  16 İyul 2013    Oxunub:1116
ABŞ-ın nüfuzlu portalında dərc edilən məqalədə layihənin perspektivləri və yeni coğrafi reallıqlar yaratdığı qeyd edilib.

İqamətgahı Massaçusets ştatının Boston şəhərində yerləşən “Global Post” xəbər portalında Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı (ABŞ0 səfiri Elin Süleymanovun məqaləsi dərc edilib.

Məqalədə Azərbaycanla Gürcüstanı birbaşa, eləcə də potensial olaraq Xəzər dənizi ilə Cənubi Avropanı birləşdirəcək “Cənub Dəhlizi” üçün seçilmiş Trans-Adriatik qaz kəməri (TAP) layihəsinin yeni coğrafi reallıqlar yaratdığı qeyd edilib və sözügedən layihənin Avropanın enerji təhlükəsizliyi ilə yanaşı, ABŞ-ın da enerji maraqları ilə uzlaşacağı vurğulanıb.

Geosiyasi önəmi ilə yanaşı, iştirakçı dövlətlərin sosial-iqtisadi rifahına bilavasitə müsbət təsir edəcək təbii qaz kəmərinin inşasının Yunanıstan və Albaniyada müvafiq infrastrukturun inkişafına və yeni iş yerlərinin açılmasına təkan verəcəyi bildirilib.

TAP-ın perspektivləri və yaratdığı imkanların yalnız Avropa ilə məhdudlaşmadığı, təbii qazının qlobal bazara çıxarılması, beynəlxalq enerji tələblərinin qarşılanması yolu ilə ABŞ-ın da maraqlarına xidmət etdiyi oxucuların nəzərinə çatdırılıb.

Məqalənin sonunda Bakı-Tbilisi-Ceyhan neft kəmərinin uğur qazanmasında və nəticədə regionun siyasi mənzərəsinin müsbət yönə dəyişməsində ABŞ hökumətinin birmənalı dəstəyinin xüsusi rolu olduğu qeyd edilib, reallaşdırılmaqda olan “Cənub Dəhlizi” layihəsinə də ABŞ-ın davamlı dəstəyinin vacibliyi vurğulanıb.


Teqlər:  





Xəbər lenti