Çexiyadan Azərbaycana Qarabağ dəstəyi

Çexiyadan Azərbaycana Qarabağ dəstəyi
  14 Mart 2016    Oxunub:1559
“Çexiya Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir”.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakıda səfərdə olan Çexiya Respublikasının parlamentinin Deputatlar Palatasının sədri Yan Hamaçek bildirib.

Onun sözlərinə görə, tələb olunacağı təqdirdə Çexiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında öz rolunu oynamağa hazırdır: “Əgər xahiş olunarsa, Çex Respublikası münaqişənin həll olunmasında iştirak etməyə hazırdır. Çexiya Azərbaycan ilə strateji tərəfdaşlığı yüksək qiymətləndirir və ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsində maraqlıdır. Azərbaycan Çexiyanın əsas neft ixracatçısıdır. Bizsə ticarət balansını Çexiya avtomobillərini Azərbaycan bazarına təqdim etməklə yaratmaq istərdik”.

Y.Hamaçek qeyd edib ki, Çexiya Azərbaycanla iqtisadi sahədə də əməkdaşlığı yüksək səviyyəyə çatdırmaq niyyətindədir: "Lakin iqtisadi sahədə hələ də görüləsi işlər var. Azərbaycan Çexiyaya neft tədarük edən əsas ölkədir. Çexiya da öz növbəsində müxtəlif məhsulların, o cümlədən avtomobillərin, sənaye komplekslərinin Azərbaycana çatdırılmasına hazırdır. Çexiya həmçinin, Azərbaycanla dəmir yollarının tikintisi kimi sahələrdə də əməkdaşlığa hazırdır".

AzVision.az


Teqlər:  





Xəbər lenti