Artur Rasizadə sabah hesabat verəcək

Artur Rasizadə sabah hesabat verəcək
  14 Mart 2016    Oxunub:2863
Milli Məclisin sabah keçiriləcək iclasının gündəliyinə 3 məsələ daxildir.
Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu AzVision.az-a açıqlamasında bildirib ki, iclasda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatı dinləniləcək.

Həmçinin iclasda “Lisenziyalar və icazələr haqqında” qanun layihəsi 3-cü oxunuşda, “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” qanun layihəsi 2-ci oxunuşda müzakirəyə çıxarılacaq.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti