XİN-dən Ankara terroru ilə bağlı Açıqlama

XİN-dən Ankara terroru ilə bağlı Açıqlama
  14 Mart 2016    Oxunub:1710
Türkiyənin paytaxtı Ankarada baş verən dəhşətli terror hadisəsi zamanı ölən və xəsarət alanlar arasında azərbaycanlıların olub-olmaması araşdırılır.
Bu barədə AzVision.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.

XİN rəsmisinin sözlərinə görə, bu istiqamətdə Türkiyənin müvafiq orqanları ilə iş aparılır.

Qeyd edək ki, ötən gün Ankarada baş verən terror aktı nəticəsində 34 nəfər ölüb, 125 nəfər isə yaralanıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti