Əmlak bazarında bahalaşma davam edəcək

Əmlak bazarında bahalaşma davam edəcək
  13 Mart 2016    Oxunub:3158
Azərbaycan daşınmaz əmlak bazarında fevralda qeydə alınmış artım bundan sonra da davam edə bilər.
AzVision.az xəbər verir ki, bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, 2016-cı ilin fevralında Azərbaycan əmlak bazarının bütün seqmentlərində praktik olaraq artma müşahidə olunub.

N.İbrahimov hesab edir ki, bu ilk növbədə ilin başqa ayları ilə müqayisədə fevralda əmlak bazarının həmişə daha çox aktiv olması ilə bağlıdır.

AzVision.az


Teqlər:





Xəbər lenti