Bakıda adambaşına neçə həkim düşür?
Orta tibb işçilərinin sayı 21 045, əhalinin hər 10 000 nəfərinə düşən orta tibb işcilərinin sayı 95,5-dir.
Paytaxtda xəstəxanaların sayı 149, çarpayıların sayı isə 18 551-dir.
Daha çox həkim Nəsimi rayonunda çalışır. Rayonun 17 xəstəxanasında 5 630 həkim çalışır. Rayonda əhalinin hər 10 000 nəfərinə düşən həkimlərin sayı 259 nəfərdir.
Nərimanov rayonunun 19 xəstəxanasında 2 061 həkim çalışır. Əhalinin hər 10 000 nəfərinə 119,1 həkim düşür.
Səbail rayonunda yerləşən 14 xəstəxanada 1 587 həkim, Yasamalda yerləşən 20 xəstəxanada isə 4 099 həkim çalışır.
Əhalinin hər 10 000 nəfərinə daha az həkim düşən rayonlar arasında Qaradağ, Pirallahı və Suraxanı rayonlarıdır. Suraxanı rayonunda yerləşən 9 xəstəxanada 478 həkim çalışır.
Rayonda əhalinin hər 10 000 nəfərinə 22,5 həkim düşür. Qaradağda 31,1, Pirallahıda isə 22,2 həkim düşür.
AzVision.az
Teqlər: