Aşıqlar Birliyinə yeni sədr seçildi
Xatırladaq ki, Azərbaycan Aşıqlar Birliyinin sədri, mərhum xalq şairi Zəlimxan Yaqub olub. Zəlimxan Yaqub 2008-ci il avqust ayının 29-da Azərbaycan Aşıqlarının V Qurultayında Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib. O, 2016-cı il yanvarın 9-da dünyasını dəyişib.
Qeyd edək ki, Məhərrəm Qasımlı 1958-ci ildə Tovuz rayonunun Alakol kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya ixtisasını bitirib.
1992-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının(AMEA) Ədəbiyyat institutunda elmi işlər üzrə direktor müavini təyin olunub. 1994-cü ildən "Azərbaycan ədəbiyyatı tarixi" oncildliyi hazırlayanlardandır. 1996-2002-ci illərdə İnstitutun "Xaricdə Azərbaycan Ədəbiyyatı", 2002-ci ildən "Şifahi xalq ədəbiyyatı" şöbəsinə rəhbərlik edir. 2003-cü ildən nəşr olunan "Folklor və etnoqrafiya" jurnalının baş redaktorudur.
O, 2008-ci ildən Azərbaycan Aşıqlar Birliyinin I katibidir.
M.Qasımlı 2008-ci ildə "Novruz" ensiklopediyasını hazırlayıb və onun baş elmi redaktorudur. 2010-cu ildə Türkiyədə "Ozan-aşık sanatı" adlı kitabı çap olunub.
Orxan Paşa təxəllüsü ilə şeirlər də yazır. "Sənə sözüm var" (2004) adlı şeirlər kitabı çap olunub.
Azərbaycanda 250-dən çox elmi məqalələri və 2 monoqrafiyası, xaricdə isə 20 məqaləsi çapdan çıxıb.
AzVision.az
Teqlər: