`Özümə yeni vəkil tutmuşam` - 170 min rüşvət verən müəllim

`Özümə yeni vəkil tutmuşam` - 170 min rüşvət verən müəllim
  03 Mart 2016    Oxunub:3017
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sabiq Aparat rəhbəri Səfər İmanov tərəfindən aldadıldığını iddia edən Eynur Kərimov özünə daha bir vəkil tutub.
Bu barədə AzVision.az-a Eynur Kərimov özü məlumat verib.

O, vəkil Adəm Məmmədovla imzalanmış müqavilənin ləğv edilmədiyini deyib. Qeyd edib ki, vəkil Adəm Məmmədovla yanaşı bu işdə onun hüquqlarını vəkil Kamandar Nəsibov da müdafiə edəcək.

`Adəm Məmmədovla iş birliyimiz davam edir. Sadəcə olaraq özümə yeni vəkil tutmuşam. İki vəkil hüquqlarımı müdafiə edəcək`.

Qeyd edək ki, S.İmanov 1 noyabr 2015-ci ildə AQUPDK-nun Aparat rəhbəri vəzifəsindən azad edilib. Onun vətəndaş Eynur Kərimovdan 170 min ABŞ dolları aldığı, həmin şəxsə bu vəsait müqabilində rayon icra başçısının müavini vəzifəsinə təyinat vəd etdiyi bildirilir.

Eynur Kərimov hazırda müəllim işləyir.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti