Mağazadan 12 minlik ətir oğurlayanlar tutuldu

Mağazadan 12 minlik ətir oğurlayanlar tutuldu
  03 Mart 2016    Oxunub:1428
Bakıda mağazadan ətir oğurlayan şəxslər tutulub.
AzVision.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 2-də Nəsimi rayonu ərazisindəki “Emporium” mağazasının anbarından 12 000 manat dəyərində ətir oğurlanıb.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Qazax rayon sakini Vaqif Cəfərli, Bakı şəhər sakini İlkin Əsgərov və Göyçay rayon sakini Ruslan Mahmudlu tutulublar.

AzVision.az


Teqlər:





Xəbər lenti