Şura seçki vaxtını müəyyən etdi
Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov, Katibliyin hüquqşünası Rauf Məcidbəyli və baş məsləhətçi Mustafa Qurbanlı gündəlikdə dayanan məsələləri Şura üzvlərinə təqdim edərək, onların hər biri haqqında ətraflı məlumat veriblər.
Əsasnaməyə uyğun olaraq Şura üzvlüyünə keçiriləcək seçkilərə hazırlıqla bağlı danışan F.Qurbanov seçkilərin azad və ədalətli keçirilməsi və şəffaflığın təmin olunması üçün beynəlxalq təşkilatların və media qurumlarının nümayəndələrinin 8 qrup üzrə keçiriləcək seçkiləri izləməyə dəvət olunacağını bildirib. Yaxın günlərdə Şura üzvlüyünə ixtisaslaşmış qruplar üzrə keçiriləcək seçkilərin dəqiq tarixi, həmçinin iştirakçı və namizədlərin adları elan olunacaq.
İclasda Şura üzvləri Tahir Süleymanov, Sahib Məmmədov, Rəna Mirzəzadə və Dilarə Vəliyeva çıxış edərək gündəlikdə dayanan məsələlər haqqında rəy və təkliflərini bildiriblər. Gündəlikdəki məsələlər müzakirələrdən sonra ayrılıqda səsə qoyularaq qəbul edilib.
AzVision.az