AMEA gənc alimlər üçün mükafat təsis edib

AMEA gənc alimlər üçün mükafat təsis edib
  02 Mart 2016    Oxunub:1316
AMEA prezidentinin Gənclər mükafatı təsis edilib.
AzVision.az
xəbər verir ki, bu barədə qərar akademiyanın Rəyasət Heyətinin (RH) bu gün keçirilən iclasında qəbul olunub.

İclasda çıxış edən AMEA-nın akademik-katibi Rasim Əliquliyev bildirib ki, təsdiq olunan Əsasnaməyə uyğun olaraq, mükafat müsabiqə əsasında yaşı 35-dək olanlar və yaşı 35 olanlar da daxil olmaqla, təbiət və ictimai-humanitar elmlər üzrə xüsusi nailiyyətlər əldə edən gənclərə veriləcək.

O bildirib ki, namizədlər barədə sənədlər AMEA Rəyasət Heyətinin qərarı ilə yaradılan Ekspert Komissiyasına təqdim ediləcək, daha sonra komissiya irəli sürülən namizədlər sırasından mükafata namizədi seçərək öz rəyini RH-a təqdim etməlidir: "Son olaraq namizədin mükafatla təltif edilməsi barədə yekun qərarı Rəyasət Heyəti qəbul edəcək. Qaliblərə müvafiq diplom və 2000 manat məbləğində pul mükafatı verilir".

AzVision.az



Teqlər:  





Xəbər lenti