`Əli Kərimli və Gültəkin Hacıbəyliyə 49 qəpiyə 1 kq qoz yox, 1 stəkan günəbaxan tumu ala bilərəm`

`Əli Kərimli və Gültəkin Hacıbəyliyə 49 qəpiyə 1 kq qoz yox, 1 stəkan günəbaxan tumu ala bilərəm`
  03 Mart 2016    Oxunub:5991
Azərbaycan Yazıçılar Birliyinin üzvü, nəğməkar şair Cəlal Qurbanov sosial şəbəkədə AXCP sədri Əli Kərimli və Milli Şuranın rəhbər şəxslərindən olan Gültəkin Hacıbəyliyə sərt cavab verib.

buna səbəb adıçəkilən şəxslərin meyvələrlə bağlı paylaşımı və Gömrük Komitəsini sərt tənqid etməsi olub. Belə ki, Əli Kərimli paylaşımında yazıb:
"Dostlar, bu faktları tanınmış kənd təsərrüfatı mütəxəsisi Vahid Məhərrəmli rəsmi statistikanı araşdıraraq üzə çıxarıb. Burada göstərilən qiymətlər mallar Azərbaycana gətirilən zaman gömrük orqanlarında rəsmiləşən qiymətlərdir. Yəni gömrük rüsumları bu qiymətlərlə hesablanıb. Sahibkarlardan gömrük rüsumu adı ilə toplanılan vəsaitin böyük bir hissəsi büdcəyə deyil, "qara kassaya" toplanılıb. Lakin malların xaricdən alındığı real qiymət gömrükdə rəsmiləşən qiymətdən bir neçə dəfə baha, bazarda bizə satılan qiymətindən dəfələrlə ucuz olur".

Cəlal Qurbanov Əli Kərimliyə cavabında yazıb: Əli Kərimli sizə bir sualm var, Siz öz bağınızda gavalını, üzümü, əriyi yetişdirib sonra aylarla əziyyət çəkib onu qurudaraq, xalqımıza 33 qəpiyə satardız? 35 qəpiyə badam ləpəsi, 75 qəpiyə qoz ləpəsi, bəlkə sizin kəndinizdə 24 qəpiya alma, armud satılır? Deyəsən mövzu yoxdur axı. Sizin neçə yaşınız var? Özünüzü gülünc vaziyyata salmayiı. Siz Xalqı-Milləti yox, gedin özünüzü ələ salın! Siza bir məsləhətim var, Siz bunu daha yaxşı bilərsiniz, ölkədə saç boyası istehsal olunmur, ələxsus da "kişilər" üçün, bu mallar xaricdən idxal olunur. Bax gələn dəfə mütləq bu haqda yazın və PAYLAŞIN HAMI BİLSİN yazmağı da unutmayın"

Yazıçı eyni zamanda Gültəkin Hacıbəyliyə də cavabı gecikdirməyib:

"Gültəkin xanım son zamanlar yaman Dövlət Gömrük Komitəsini nişan almısız? Bunun səbəbini bilmək olarmı? Axı sizin qardaşınız da gömrük əməkdaşı olub. Deyəcəksiz ki, bəli olub indi ki, işləmir. Məhz ona görə işləmir ki, siz mövqeyiniz oynaq olduğuna görə o sizə dözməyib işdən ayrıldı. O ki, qaldi sizin və Əli Kərimlinin paylaşdıgı ölkəyə daxil olan meyvə və meyvə qurularının qəpik yazilan qiymətlərinə, özünüzü güldürməyin. Mən sizə 49 qəpiyə 1 kq qoz yox, 1 stəkan günəbaxan tumu ala bilərəm"

Qeyd edək ki, bu şərhlərdən sonra Əli Kərimli Cəlal Qurbanovu səhifəsindən "ban" edib. Bütün günü demokratiyadan. söz azadlığından danışan insanın belə addım atması yalnız "mən dediyimi elə, mən elədiyimi eləmə" prinsipini xatırladır.


Teqlər:  





Xəbər lenti