İlhamənin sərvəti açıqlanacaq - Miras davası

İlhamənin sərvəti açıqlanacaq - Miras davası
  02 Mart 2016    Oxunub:5299
Xalq artisti İlhamə Quliyevanın ölümündən sonra ortaya çıxan miras qalmaqalı getdikcə böyüyür.
Müğənninin oğlu ilə yanaşı onun hamıdan gizlətdiyi qızının da ortaya çıxması, qohumu Əli Mirəliyevin mirasla bağlı iddialı görünməsi davanın hələ uzun müddət davam edəcəyindən xəbər verir.

Hamının İlhamə Quliyevanın mirasından danışdığı vaxtda, maraq doğuran məsələ bu mirasın nədən ibarət olmasıdır.

Ailənin vəkili Habil Vəliyev AzVision.az-a açıqlamasında İlhamə Quliyevanın mirasının açıqlanacağını bildirib.

“İlhamə Quliyevanın mirasının nədən ibarət olduğu 40 mərasimindən sonra ictimaiyyətə açıqlanacaq. Gözləyirik ki, 40 mərasimi bitsin. Ondan sonra məhkəmə yolu ilə xalq artistinin mirasının kimə qalması məsələsi həll olunacaq. Hamı bilir ki, İlhamə xanımın varisi oğlu Orxandır. Əlimdə bəzi sənədlər var, hər şey hüquqi yolla öz həllini tapacaq. Hərə bir yandan miras bölür, peşkəş etmək istəyir. Son sözü məhkəmə deyəcək. Və bu barədə ictimaiyyətə məlumat veriləcək”,-deyə vəkil vurğulayıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti