Suriyadan 20 min erməni Qarabağa köçürülür

Suriyadan 20 min erməni Qarabağa köçürülür
  02 Mart 2016    Oxunub:6004
“Biz Suriya ermənilərinin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürüldüyünü müşahidə edirik”.
AzVision.az-ın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. Onun sözlərinə görə, ümumilikdə 15-20 min nəfərdən söhbət gedir:

“Onların bəziləri Ermənistanda yerləşdirilir, bir hissəsi isə Dağlıq Qarabağda. Ermənilər bu cür faktları gizli saxlayır”.

H. Hacıyev əlavə edib ki, qondarma rejim üçün pul və sikkələrin çapı XİN-nin diqqətində olan məsələdir. Belə ki, bu pulların numizmatika kolleksiyalarına daxil edilməsinə qarşı addımlar atılır.

XİN rəsmisi, həmçinin Dağlıq Qarabağa faktaraşdırıcı missiyanın göndərilməsi məsələsinədə toxunub: “ Bu müzakirə mövzusudur, amma ermənilər bütün səyləri ilə buna mane olmağa çalışır. Çünki əvvəlki missiyalarda ermənilərin bu ərazilərdə qanunsuz fəaliyyəti, o cümlədən bu torpaqlarda qanunsuz şəkildə əhalinin məskunlaşmasını həyata keçirdiyi sübuta yetirilib. Bu münaqişənin nizamlanmasında vasitəçi kimi fəaliyyət göstərən ATƏT-in Minsk qrupunun həmsədrləri bu istiqamətdə müəyyən addımlar atmalıdır”.

AzVision.az


Teqlər:  





Xəbər lenti