Sarkisyan beşinci naziri işdən çıxardı

Sarkisyan beşinci naziri işdən çıxardı
  01 Mart 2016    Oxunub:1969
Ermənistan prezidenti Serj Sarkisyan energetika və təbii sərvətlər naziri Ervand Zaharyanı işdən çıxardıb.
Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

Sarkisyanın digər sərəncamı ilə Levon Yolyanın bu vəzifəyə gətirilib.

Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan bundan öncə 4 naziri tutduğu vəzifədən azad edib.

Armen Eritsyan fövqəladə hallar naziri təyin edilib. Armen Aşotyan təhsil və elm naziri vəzifəsindən azad olunub. Onun yerinə daha əvvəl bu vəzifəni tutan Levon Mkrtçyan təyin olunub.

Karen Çşmartiyanın əvəzinə iqtisadiyyat naziri Arçvik Minasyan gətirilib. Bundan əlavə, Sarkisyanın sərəncamı ilə David Lokyan ərazilərin idarə edilməsi və inkişafı naziri təyin edilib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  



Xəbər lenti