Türkiyə Suriyanı vurdu? - Moskvanın iddiasına cavab

Türkiyə Suriyanı vurdu? - Moskvanın iddiasına cavab
  28 Fevral 2016    Oxunub:3519
Rusiyanın Müdafiə Nazirliyi Türkiyə torpaqlarından Suriyanın Tel Abyad qəsəbəsinə artilleriya atəşinin açıldığını iddia edib.
AzVision.az xəbər verir ki, məlumata görə, Rusiyanın Suriyadakı koordinasiya mərkəzi hadisəyə aydınlıq gətirilməsi üçün İordaniyanın paytaxtı Ammanda ABŞ mərkəzi ilə əlaqə yaratdığı bildirilib.

Türkiyə tərəfi isə bu iddianı yalanlayıb. Bildirilib ki, Suriyada atəşkəs rejimi hökm sürür və bu müddət ərzində Türkiyə tərəfindən Suriyaya YPG və İŞİD istiqamətində hər hansı atəş açılmayb.

Türkiyə mətbuatı Rusiyanın yaydığı iddianın yalan olduğunu və Moskvanın bu addımının bölgədə vəziyyəti gərginləşdirməyə hesablandığını yazıb.

Qeyd edək ki, Türkiyə sərhədində yerləşən Tel Abyad ötən il PYD-nin silahlı qanadı YPG tərəfindən ələ keçirilmişdi.

AzVision.az


Teqlər:  



Xəbər lenti