35 İŞİD terrorçusu məhv edilib

35 İŞİD terrorçusu məhv edilib
  28 Fevral 2016    Oxunub:1290
Suriya ordusu Həma əyalətində 35 İŞİD terrorçusunu məhv edib.
Ekstremistlər Suriya ordusunun Salamiyə şəhərindəki mövqelərinə hücum etmək istəyiblər. Hərbçilər, həmçinin terrorçulara məxsus pulemyotla təchiz edilmiş dörd yolsuzluq maşınını, buldozeri və artilleriya silahlarını zərərsizləşdiriblər.

Fevralın 27-dən etibarən Suriyada atəşkəs rejimi elan olunub. Bu, İŞİD, "Nüsra cəbhəsi" və BMT TŞ tərəfindən terror təşkilatı kimi tanınan digər qruplaşmalara şamil edilməyib.


Teqlər:  



Xəbər lenti