İrandakı seçkilərdə islahatçılar qalib gəldi
Ən çox səs qazanan mühafizəkar namizəd Ğolaməli Həddad-Adil, 31-ci yerdədir.
Bu, İranla dünya gücləri arasında imzalanan nüvə sazişinin əldə olunmasından sonra keçirilən ilk seçkidir.
Cümə günü milyonlarla adam həm 290 deputatı, həm də Ekspertlər Şurasının tərkibini seçmək üçün səs verib.
88 nəfərdən ibarət olan Ekspertlər Şurası, İranın Ali Dini Rəhbərini təyin edir.
İlkin nəticələrə görə, Həsən Ruhani ilə onun müttəfiqi olan sabiq prezident Əkbər Haşemi Rəfsəncani Şurada ən çox səs qazanıblar.
İslamçı mühafizəkarların əsas namizədi olan Ayətullah Tağı Mesbah Yazdi isə siyahıda son yerlərdən birini tutur.
Parlament seçkilərinin Tehrandakı nəticələri xüsusilə əhəmiyyətlidir, çünki parlamentin istiqamətini, əsasən paytaxtda seçilən deputatlar təyin edir. Buna baxmayaraq, paytaxtdan kənarda islahatpərəst namizədlərin nəticələri o qədər yaxşı olmayıb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


