Rusiyada şaxta faciəsi - 26 nəfər ölüb (Yenilənib)
"Biz mədənin qəzalı hissəsində yaranan vəziyəti nəzərə alaraq orda sağ qalanların olmadığını qeyd etməyə məcburuq. 26 mədənçinin olduğu ərazidə yüksək hərarət qeydə alınıb və orada oksigen yoxdur", - deyə o bildirib.
***
Rusiyanın Vorkuta şəhərində yerləşən “Severnaya” şaxtasında baş verən partlayış nəticəsində 6 nəfər ölüb, 5 nəfər yaralanıb.
Ölənlərin 5 nəfəri xilasedici, biri isə mədən işçisidir. Onların hamısı Komi Respublikasının sakinləridir.
AzVision.az TASS-a istinadən xəbər verir ki, operativ qərargahdakı mənbə partlayışın yerin 748 metr dərinliyində meydana gəldiyini bildirib.
Rusiya FHN-nin nümayəndəsinin verdiyi məlumata görə, hazırda şaxtada yeni partlayış ehtimalı yüksəkdir və bütün işlər dayandırılıb.
Qeyd edək ki, şaxtada birinci qəza fevralın 25-də 748 metr dərinlikdə baş verib. Uçqun zamanı şaxtada 110 nəfər olub, onlardan 80 nəfəri şaxtadan çıxarmaq mümkün olub, 26 nəfərin taleyi məlum deyil.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


