Dəhşətli qətl: arvadını, 8 uşağını, 3 bacısını öldürdü

Dəhşətli qətl: arvadını, 8 uşağını, 3 bacısını öldürdü
  28 Fevral 2016    Oxunub:3037
Hindistanda dəhşətli qətl baş verib.
AzVision.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, 35 yaşlı hindistanlı Hansil Varekar gecə saatlarında həyat yoldaşını, 8 uşağını, 3 bacısını və valideynlərini yatdığı yerdə bıçaqla öldürüb. Bundan sonra o özünü asaraq intihar edib.

Hadisənin təfərrüatları barədə polisə Varekarın hadisə zamanı yaralanmış bacılarından biri məlumat verib. Onun qışqırıqlarını qonşuları eşidib və qapını sındıraraq evə daxil olublar.

Verilən məlumata görə, dəhşətli qətlin motivləri hələ ki məlum deyil.

35 yaşlı qatil Hansil Varekar Txane şəhərində bayram tədbirlərinin təşkilatçısı kimi işləyirmiş. Onun ağlı başında, normal adam olduğu bildirilir. Polis araşdırma aparır..

AzVision.az


Teqlər:  



Xəbər lenti