Almaniya kəşfiyyatı Ketrin Eştonu izləyib

Almaniya kəşfiyyatı Ketrin Eştonu izləyib
  27 Fevral 2016    Oxunub:1941
Almaniya federal kəşfiyyat xidməti (BND) Avropa İttifaqı diplomatiyasının sabiq rəhbəri Ketrin Eştonu izləyib.
AzVision.az-ın xəbərinə görə, bu barədə “Spiegel” nəşri məlumat yayıb.

Məlumata əsasən, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik məsələləri üzrə sabiq nümayəndəsi 2009-ci ildən etibarən bir neçə il ərzində izlənməyə məruz qalıb.

Qeyd edək ki, Almaniya kəşfiyyatı tərəfindən izlənməyə məruz qalanlar arasında ABŞ Dövlət Departamenti, ABŞ-ın Sudandakı səfirliyi və Əfqanıstandakı yüksək rütbəli amerikalı hərbçilər də olub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  



Xəbər lenti