Gürcü patriarx İlham Əliyevdən nə xahiş edib?

Gürcü patriarx İlham Əliyevdən nə xahiş edib?
  26 Fevral 2016    Oxunub:2204
Qaxın Müqəddəs Georgi məbədində kilsə xidmətlərinin bərpası məqsədilə bütün Gürcüstanın patriarxı II İliya prezident İlham Əliyevdən din xadimi protopresviter Petr Xumaraşviliyə Azərbaycan vətəndaşlığının verilməsini xahiş edib.

Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

“Biz dörd ay əvvəl patriarxın tövsiyələrini özündə əks etdirən məktubu Azərbaycan rəhbərliyinə göndərmişik. İki ay ərzində yekun cavabın verilməsini gözləyirik. Bu proses yekunlaşdıqdan sonra Azərbaycanın dini komitəsinin razılığı ilə biz Müqəddəs Georgi məbədində ibadəti bərpa edəcəyik”, - deyə Yepiskop Dmitri Kapanadze bildirib.

Qeyd edək ki, qanunvericiliyinə əsasən ölkə ərazisində yalnız Azərbaycan vətəndaşları dini təbliğatla məşğul ola bilərlər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti