`Rusiyanın hərəkətini biz etsəydik...` - Ərdoğan Putinə sataşdı
Suriyadakı mövcud münaqişədən danışan Ərdoğan bildirib ki, rəsmi Dəməşq Türkiyə üçün önəmli ölkədir. Türkiyə prezidenti, həmçinin ötən il Rusiya hərbi təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra yaşanan gərginliyə də diqqət çəkib: “Biz Rusiyaya qarşı tətbiq olunan sanksiyalara qoşulmadıq. Bundan başqa iki ölkə arasında Strateji Əməkdaşlıq Şurası yaradıldı. Ticarətimiz 35 milyard dollara çatmışdı və 100 milyarda çatdırmaq planlaşdırılırdı. Çoxları bizə müxtəlif suallar ünvanlayır.
Amma heç kim Rusiyaya demir ki, niyə Türkiyənin hava məkanını pozursan? Özü də bir neçə dəfə. Dəfələrlə xəbərdarlıq etdik, amma nəzərə alan olmadı. Belə bir hərəkət Rusiyaya qarşı edilsə, onlar nə edəcəkdi? Həmin təyyarəyə “buyur, keç” deyəcəklərdi?”.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


