Yoxa çıxan təyyarə tapıldı - 23 ölü (Yenilənib)
Təyyarənin göyərtəsində 20 sərnişin və 3 heyət üzvünün olduğu bildirilir. Onların arasında bir Çin və bir Küveyt vətəndaşı da var.
**
Nepal dağlarında sərnişin təyyarəsi yoxa çıxıb. Bu barədə AzVision.az "Sinxua" agentliyinə istinadən xəbər verir.
Məlumata əsasən fevralın 24-də səhər saatlarında "Tara Airlines" aviaşirkətinə məxsus təyyarə ilə əlaqə itib. Təyyarə Pokhardan Comsoma uçurmuş.
"Twin Otter" tipli təyyarənin göyərtəsində 18 sərnişin, 3 ekipaj üzvü olub. Təyyarənin pis hava şəraitində dağlarda qəzaya uğradığı ehtimal edilir.
Axtarışlara vertolyotlar cəlb olunsa da, hava şəraiti axtarış işlərini çətinləşdirir.
Eldar Tanrıverdiyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


