Azərbaycan nefti 2 dollar ucuzlaşdı

Azərbaycan nefti 2 dollar ucuzlaşdı
  24 Fevral 2016    Oxunub:1992
Azərbaycan nefti iki dollara yaxın ucuzlaşıb.
AzVision.az xəbər verir ki, ötən gün "AzeriLight" markalı neftin bir barelinin qiyməti 1,88 dollar və ya 5,30% azalaraq 33,54 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,84 dollar artaraq 31,48 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,45 dollar azalaraq 34,82 dollar olub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  



Xəbər lenti