Gürcüstan prezidenti Azərbaycana gəlir

Gürcüstan prezidenti Azərbaycana gəlir
  23 Fevral 2016    Oxunub:2056
Gürcüstan Prezidenti Georgi Marqvelaşvili bu ilin 10-11 mart tarixində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Bakı şəhərində keçirəcəyi IV Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbaycana səfər edəcək.

Komitədən verilən məlumata görə, “Çoxqütblü dünyaya doğru” mövzusuna həsr olunan Forum çərçivəsində ümumilikdə dünyanı narahat bir sıra mühüm məsələlər, həmçinin münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, qlobal təhlükəsizliyin təmin olunmasında radikallaşma və miqrasiya amillərinin rolu, enerji və qlobal idarəçiliyin gələcək perspektivləri və digər mühüm məsələlər müzakirə ediləcək, o cümlədən bu problemlərin həlli yollarının tapılması istiqamətində fikir mübadiləsi aparılacaq.

AzVision.az


Teqlər:  



Xəbər lenti