Bu barədə AzVision.az İranın "Mehrnews" agentliyinə istinadən xəbər verir.
Məlumata görə, Azərbaycan Prezidenti və onu müşayiət edən nümayəndə heyətini Tehranın Mehrabad beynəlxalq hava limanında İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi qarşılayıb.
***
İran prezidenti Həsən Ruhani Azərbaycan prezidenti İlham Əliyevin şərəfinə rəsmi qəbul təşkil edib.
Rəsmi qəbul mərasimi Sədabad sarayında təşkil olunub.
Qeyd edək ki, bu, son iki ildə ölkə başçısının qonşu dövlətə 3-cü rəsmi səfəridir.
Eldar Tanrıverdiyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


