`Azərbaycan bizi soyuqdan qorudu` - Saakaşvilidən etiraf

`Azərbaycan bizi soyuqdan qorudu` - Saakaşvilidən etiraf
  22 Fevral 2016    Oxunub:4058
“2005-ci ildə “Qazprom” boğazımızdan yapışanda Azərbaycan köməyimizə çatdı, bizi soyuqdan qorudu. Azərbaycan öz əhalisinin yarısını qazsız qoyub, bizi qızdırdı”.
AzVision.az xəbər verir ki, bunu Ukraynanın Odessa vilayətinin qubernatoru, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili "Rustavi 2" telekanalına müsahibəsində deyib.

Saakaşvili müsahibəsində Gürcüstanın hazırki rəhbərliyini sərt tənqid edib: “Hazırda ölkəmizi məhv edənlərlə işbirliyinə başlanıb. Bundan sonra Azərbaycan bizim haqqımızda nə düşünməlidir? Bizim naşükür xalq olmağımızı? Lakin xalq yox, rəhbərlik naşükürdür. Bu faktdır”.

M. Saakaşvili bildirib ki, Gürcüstanın sabiq baş naziri Bidzina İvanişvili Rusiyanın agentidir: “O, “Qazprom”un əsas səhmdarlarından biridir. Bununla bağlı İsveçrədə xüsusi hesabat açıqlanıb. Belə olmasaydı, Rusiya KQB-si onu səhmdar olmağa imkan verməzdi”.

AzVision.az


Teqlər:  





Xəbər lenti