`Türkiyəni ermənilərə vermək lazımdır` - Jirinovski

`Türkiyəni ermənilərə vermək lazımdır` - Jirinovski
  21 Fevral 2016    Oxunub:8565
"Türkiyəni bir dövlət kimi ləğv etmək, onun ərazilərini isə kürdlərə, ermənilərə, yunanlara və bolqarlara vermək lazımdır"
AzVision.az xəbər verir ki, Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski növbəti dəfə qalmaqallı çıxışı ilə gündəmə gəlib.

"Rus xəbərlər xidməti” agentliyinə müsahibə verən Jirinovski bildirib ki, Türkiyə ləğv edilməlidir.

“Mən Türkiyədə azad olunmuş ərazilərin hərbi komendantı ola bilərəm, necə ki 1945 –ci ildə marşal Jukov Berlində olmuşdu. İstanbulu Konstantinopol adlandırmaq, pravoslav məbədlərini bərpa etmək və orada rus dilini ikinci rəsmi dil elan etmək lazımdır”, - deyə V.Jirinovski vurğulayıb.

Jirinovskinin fikrincə, kürdlər Ankaranı cəmi iki həftəyə ələ keçirməyə hazırdırlar, ermənilərə gəlincə, onlar da yüz il əvvəlki “soyqırımı”na görə qisas almaq istəyirlər.

AzVision.az


Teqlər:  



Xəbər lenti