ABŞ-da seçki marafonu: Klinton uddu, Buş mübarizəni dayandırdı

ABŞ-da seçki marafonu: Klinton uddu, Buş mübarizəni dayandırdı
  21 Fevral 2016    Oxunub:2798
Amerika Birləşmiş Ştatlarında prezidentlik uğrunda mübarizənin üçüncü mərhələsi baş tutub.

Nevada ştatında keçirilən təqdimat xarakterli seçkilərdə Hilari Klinton əsas rəqibi Berni Sanderzə 52 faiz səslə qalib gəlib. Sanderz seçkidə 48 faiz səs toplayıb.

“Tərəfdarlarımın mənə göstərdiyi dəstəyə görə çox həvəsli və məmnunam. Bəziləri bizim qələbəmizə şübhə ilə yanaşırdı. Lakin biz heç vaxt bir-birimizə şübhə ilə yanaşmamışıq”, - deyə Klinton bildirib.

Cənubi Karolina ştatında isə, respublikaçılar partiyanın vahid namizədini müəyyən ediblər.

Burada keçirilən praymerizdə Donald Tramp 33.58 faiz səslə qalib gəlib. Onun əsas rəqibi Ted Kruz 22.28 faiz səs toplayıb. Marko Rubio isə, 21.01 faiz toplaya bilib. Digər namizəldər 10 faiz az səs toplayıblar.

Florida ştatının sabiq qubernatoru Ceb Buş isə prezident postu uğrunda mübarizəni dayandırdığını elan edib. O, Cənubi Karolina ştatında tərəfdarları qarşısında çıxışı zamanı bildirib: “Bu gündən etibarən mən seçki kampaniyamı dayandırıram”.

Qeyd edək ki, səsvermələrin nəticələri mart ayının 1-ində keçiriləcək “Super Çərşənbə axşamı” seçkiləri üçün həlledici ola bilər. Həmin tarixdə 15-ə yaxın ştat 8 noyabrda keçiriləcək prezident seçkilərinə öz namizədlərini seçəcəklər.

AzVision.az


Teqlər:  



Xəbər lenti